“Kurtlar Vadisi”nin Kılıcından illər sonra etiraf: “Hamımız gedəcəkdik, ikiqat pul verdilər” - FOTO
Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında “Kılıç” obrazını canlandıran Atilla Olgaç illər sonra maraqlı etiraflar edib. Onun sözlərinə görə, yayımlandıqdan bir müddət sonra bütün kollektiv filmdən ayrılmaq istəyib, ancaq onlara ikiqat pul təklif edilib.
Bu barədə “Haber Global” xəbər verib.
Aktyorun sözlərinə görə, buna səbəb Necati Şaşmazla (serialda Polad Elemdar) bağlı çıxan təriqət xəbərləri olub.
“Hamımız gedəcəkdik. Amma yaşamaq üçün pul lazımdır. Pulqabının ağzını açdılar, aldığımız pulun iki mislini verdilər”, - deyən aktyor bundan sonra qalmaq qərarına gəldiklərini açıqlayıb.
Olqaç onu da vurğulayıb ki, Mehmet Karahanlı rolunu oynayan Zafer Ergin filmdə qalmaq üçün maaşının 3 mislini istəyib.
“Zafer Ergin dedi ki, üç mislini istəyirəm. O isə olmaz dedi. Bundan sonra işə kanal qarışdı, “sən iki ver, üstünü biz düzəldərik”, - dedi. Amma bundan 10 seriya sonra öldürüldü. Zafer elə getdi. Yoxsa rolu davam etməliydi, vaxtından əvvəl öldürüldü”, - deyə Olqaç vurğulayıb.
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...