Bu ilin aprelində gözlənilmədən nikah masasına əyləşən Tarkan, bu dəfə dostunun nikah şahidi olub.

BAKU.WS Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni həyat yoldaşı Pınar Dileklə birgə dostu, iş adamı Mehmet Buraxın toy mərasiminə qatılıb. 

Toy boyunca səhnədən düşməyən, xeyli rəqs edən pop ulduzun qonaqlarla çəkdirdiyi fotoları sosial şəbəkədə yayılıb.
 
Cütlük mərasimdən sonra təyyarə ilə İstanbula qayıdıb. Pınar və Tarkan əl-ələ hava limanında görüntülənib.
 
Mərasimdən olan fotoları oxuculara təqdim edirik:
 
Aytən.H
BAKU.WS