Mina Hüseynova həyat yoldaşı ilə görüntülərini paylaşdı - FOTO/VİDEO

Bir müddət əvvəl evlənən müğənni Mina Hüseynova şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, bu ilin mart ayında sevib-seçdiyi bəylə nikah bağlayan Mina sosial şəbəkədə onun görüntülərini paylaşıb.
Şəxsi instaqram hesabında əri ilə foto və video yayımlayan sənətçi onun üzünü gizlədib. Paylaşımda diqqət çəkən məqamlardan biri isə Minanın şərh bölümünü bağlaması olub.
Bir müddət əvvəl müğənni Elnarə Xəlilova "Şourum"a açıqlamasında xalası qızı Minanın müğənni ilə deyil, adi vətəndaşla ailə həyatı qurduğunu və onların bal ayına getdiyini bildirmişdi.
Xatırladaq ki, Mina ailə həyatı qurduqdan sonra sənətdən uzaqlaşıb. O, instaqram hesabında nikahından fotolar paylaşaraq, fotosesiyaları zamanı lentə alınan şəkilləri silib.

Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
