VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Röya Ayxanın oğlu Hüseyn xarici ölkədən qayıdıb. 

BAKU.WS xəbər verir ki, bir neçə aydır Böyük Britaniyada orta təhsilini davam etdirən Hüseyn müvəqqəti olaraq Bakıya ailəsinin yanına gəlib.

Bu haqda Röya Ayxan sosial şəbəkə hesabında bildirib. Sənətçi "Xoş gəldin" qısa şərhini yazaraq övladı ilə yeni fotolarını paylaşıb. 

Xalq artistinin 13 yaşlı oğlu ilə lentə alınan görüntüləri istifadəçilər tərəfindən maraqla qarşılanıb. 

Xatırladaq ki, ifaçının oğlu Hüseyn artıq 8-ci sinifdən təhsilini Londonda davam etdirir. O, xaricdə ispan və ingilis dillərində təhsil alır.

Zöhrə Pənahi
BAKU.WS
QALEREYA