Ölən arvadından danışan Nail Naiboğlu: "Övladlarıma 4 il özüm baxdım" - VİDEO

"İkinci həyat yoldaşım 1994-cü ildə şəhid olan Şakir Ziyadovun qızı Tünzalədir. O, tibb işçisidir. Hamı deyir, mən onun xəstəsi olmuşam, orada tanış olmuşuq. Amma elə deyil. Bizi yaxınlarımız tanış edib. O, mənimlə evlənəndə bilirdi ki, Nail Naiboğlunun həyat yoldaşı olacaq. Birinci həyat yoldaşım 37 yaşında dünyasını dəyişdi".
BAKU.WS xəbər verir ki, bu sözləri rejissor Nail Naiboğlu ikinci həyat yoldaşı Tünzalə xanımdan danışarkən deyib. "Maqazin Plusa" müsahibə verən rejissor həyat yoldaşının vəfatından sonra yaşadığı çətinliklərdən danışıb:
"Mən dörd il övladlarıma baxdım. 4 ilin iki ilini qayınanam kömək etdi. O, bizdə qalırdı. Amma çox keçmədi. O da övlad dərdindən dünyasını dəyişdi. Bir Allah bilir ki, biz balalarımla nələr çəkdik. Amma ayaqda dayanmağı bacardıq. Artıq o an gəldi ki, mən evimizə başqa bir xanım gətirdim. Çox yaxşı atayam. Bəlkə də ideal atayam. Təbii ki, bu addımı atanda övladlarımı düşündüm. Onlardan xeyir-dua aldım. Anladılar ki, ataları tanınmış adamdır. Onlar yox desəydilər, evlənməzdim".
Xatırladaq ki, rejissorun həyat yoldaşı Gülər xanım 2017-ci ilin oktyabrında dünyasını dəyişib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
