Azərbaycan əsilli repçi: "Həyat yoldaşım İslamı qəbul edən ukraynalıdır"

Azərbaycan əsilli repçi Jah Khalib (Bəxtiyar Məmmədov) şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, radio verilişlərdən birinə qonaq olan sənətçi həyat yoldaşından danışıb. Qazaxıstanlı repçi ukaryanlı arvadının hicab taxıb, İslamı qəbul etdiyini bildirib:
"Həyat yoldaşım islamı qəbul edən ukraynalıdır. Bir gün ona dedim ki, yaylıq taxmağa cəhd et. Həm də dedim ki, bu, dəbli görünür. Afrikalılar yaylığı gözəl taxır, o isə Afrika mədəniyyəti və musiqisini sevir. Ona foto göstərdim.
Arvadım əvvəl yaylığı hicab kimi taxmağa başladı. Sonra yaylıqlarla eksperiment aparmağa başladı. 3-4 ay yaylıqda gəzdi, küçəyə yaylıqsız çıxanda isə dedi ki, özünü lüt, təhlükədə hiss edir".
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...
