SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu Corc Qafarova ev verilib. 

BAKU.WS xəbər verir ki, bu barədə Corc özü bildirib. O, BAKU.WS-ə açıqlaması zamanı 2 saylı uşaq evinin yetirməsi olduğuna görə ona mənzil təqdim olunduğunu deyib:

"2 saylı uşaq evinin yetirməsi olduğuma görə Sosial Xidmətlər Agentliyinə evimin olmaması ilə bağlı müraciət etdim. Mənə Sumqayıt şəhərində yerləşən sosial evlər layihəsi çərçivəsində 1 otaqlı ev verilib".

Qeyd edək ki, C.Qafarova Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən ona ev verildiyini təsdiq edən sənəd təqdim edilib.

BAKU.WS
QALEREYA