Azərbaycanlı müğənni Nadir Qafarzadə sosial şəbəkədə yeni fotolarını paylaşıb. 
 
BAKU.WS-in məlumatına görə, öz Instagram bloqundan paylaşdığı şəklin altına qeyd yazan müğənni onu sevməyənlərə mesaj göndərib:
 
"Məni sevənləri Allah saxlasın, sevməyənlər isə savadsız, zövqsüz və cahildir. Onların sevgisi elə özləri kimi kalitesizdir (keyfiyyətsiz)". 
 
Müğənni şəklinin altına yazdığı bu qeyddən sonra çox sayda reaksiya ilə qarşılaşıb. Kəskin tənqidlərdən sonra müğənni şəklini silmək məcburiyyətində qalıb. 
  
Nazim Babayev
BAKU.WS