SİZİN REKLAM BURADA!
055 213 76 73



Kölndə yaşayan həmyerlimiz, azərbaycanlı müğənni Seyran İsmayılxanov yeni klipini təqdim edib.

BAKU.WS xəbər verir ki, müğənni "Ay-ay-ay mein Schatz”  ("Ey-ey-ey eşqim”)  adlı yeni mahnısına klip çəkib.
Klipin çəkilişləri İspaniyada olub.

Qeyd edək ki, Seyran İsmayılxanov 5 dildə - rus, Azərbaycan, ingilis və alman dilində söz yazıb, mahnı bəstələyir.
O, bir neçə dəfə "Eurovision”un Azərbaycan üzrə milli seçim turlarında iştirak edib. Onun mahnıları nəinki Almaniyada, həmçinin Azərbaycanda, Türkiyədə və dünyanın digər ölkələrində populyarlıq qazanıb.

Onu da deyək ki, S.İsmayılxanov Moskvada, Qazaxıstanda, Türkiyədə, Tacikistanda, Azərbaycanda, Fransada və Almaniyanın bir sıra şəhərlərində solo konsertlərlə çıxış edib. O, həmçinin Tacikistan müğənnisi Təhminə Niyazova ilə duet oxuyub.

S.İsmayılxanovun dörd mahnısını T.Niyazova oxuyaraq, albomuna da daxil edib.
2012-ci ildə Monteneqroda keçirilən beynəlxalq "Suncane Skale 2012” festivalında mətnini və musiqisini özü yazdığı "Sunshine” mahnısı ilə Azərbaycanı ilk dəfə olaraq məhz S.İsmayılxanov təmsil edib.

 S.İsmayılxanov həmçinin 2013-cü ildə Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar görkəmli bəstəkar Rauf Hacıyevin "Bahar sənsiz”  adlı mahnısını oxuyaraq, klip çəkdirmişdi. Həmin mahnı dünyanın bir çox müğənnilərin ifalarından ibarət "Babilon Bar-3” adlı yığma alboma da daxil edilmişdi.

Onu da deyək ki, Seyran İsmayılxanov Almaniyanı "Türkvision 2016”da təmsil edəcək.
Müğənninin yeni klipini oxuculara təqdim edirik:
 
BAKU.WS