Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu
Yeniliklərdən dərhal xəbərdar olun
İş adamı Məzahir Hüseynova məxsus milyonluq mülklər müsadirə olunub.
BAKU.WS Teleqraf.az-a istinadla xəbər verir ki, söhbət İsmayıllı rayonu Ticran kəndində yerləşən beş müxtəlif ictimai-iaşə obyektindən gedir.
Bunların sırasına "Zəngəzur Harmony" hoteli də daxildir. Üçmərtəbəli sözügedən hotelin satış qiyməti 2 milyon 380 min manat dəyərləndirilib.
İş adamının istirahət kompleksinin daxilində yerləşən və müsadirə olunan əmlaklarından digərlərinin qiyməti isə 2.8 milyon və 1 milyon 220 min manatdır. Dövlət hərracında satılacaq digər iki obyektin qiyməti isə 800 min manat civarındadır.
Hərrac gələn il yanvarın 8-də keçiriləcək.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...