Pakistanın sabiq baş naziri İmran Xan və həyat yoldaşı korrupsiya ittihamı ilə 17 il həbs cəzası aldı
Pakistanda sabiq Baş nazir və Pakistan Ədalət Partiyasının (PTI) qurucusu İmran Xan və həyat yoldaşı Büşra Bibiyə korrupsiya ittihamı ilə 17 il həbs cəzası verilib.
BAKU.WS xəbər verir ki, məhkəmə qərarına əsasən, cütlük 2021-ci ildə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın onlara hədiyyə etdiyi bahalı zərgərlik məmulatlarını "Toshakhana" departamentindən real dəyərindən qat-qat aşağı qiymətə əldə etməkdə təqsirli bilinib.
Məlumata görə, Xan və Bibi həmçinin təxminən 59 min ABŞ dolları miqdarında cərimə ödəməyə məhkum ediliblər. Höküm Ravalpindidəki Adiala həbsxanasında keçirilən iclasda elan edilib və qərar sabiq baş nazirin hazırda çəkdiyi digər cəzalar bitdikdən sonra qüvvəyə minəcək.
Xatırladaq ki, İmran Xan 2022-ci ildə səsvermə ilə vəzifədən uzaqlaşdırılıb, daha sonra müxtəlif korrupsiya ittihamları ilə bağlı həbs edilib. Onun saxlanılması ölkə üzrə kütləvi etirazlara səbəb olmuşdu. İmran Xan isə özünə qarşı irəli sürülən iddiaları siyasi motivli adlandırır.
Oxşar xəbərlər
Hindistanda sərnişin qatarı fillərə çırpıldı: 7 fil tələf oldu
Hindistanın Assam əyalətində baş verən qəzada sərnişin qatarı raylara çıxan fil sürüsünə çırpılıb. BAKU.WS xəbər verir ki, hadisə nəticəsində yeddi fil tələf o...