Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı müğənni Ezo "Hürriyət”ə müsahibə verib. 

BAKU.WS-in məlumatına əsasən, müğənni qardaş ölkədəki yaradıcılıq işlərindən söz açıb.

"İstanbula gəldiyim ilk illərdə Rafet El Romanın vokalçısı oldum. Sonra onun prodüserliyi ilə albom çıxardım. "Kalbime sürgün” duetini layihə kimi təqdim etdik. "Son kez” sinqlını Bedüklə çalışdıq. Rafet El Romana gəldikdə isə biz uzun müddət əvvəl onunla yollarımızı ayırmışıq. Bunun hər hansı bir səbəbi yoxdur. Müqaviləmiz bu formada idi. Layihə başa çatdı, yollarımız ayrıldı” – deyə Ezo bildirib.
 
BAKU.WS