Röya: "Divarlara sevirəm yazacaq qədər sevərəm"
Tanınmış müğənni Röya Türkiyənin məşhur "Hürriyet" qəzetinin saytına müsahibə verib.
BAKU.WS məlumat verir ki, "Hürriyet" Röyanı Azərbaycanın Rihannası kimi təqdim edib. Müsahibədə müğənni şəxsi həyatı və yaradıcılığı ilə bağlı bəzi məqamları deyib.
Jurnalistin Röya kimdir sualına ifaçı "33 yaşında öz ayaqları üstündə duran, sözünü demiş və 6 yaşında oğlan uşağı böyüdən bir qadın" deyə cavab verib. Sənətçi musiqi karyerasından, Türkiyədə necə fəaliyyət göstərməyə başlamasından danışıb. Röya sevgisindən də söz açıb:
"Mən, divarlara səni sevirəm yazacaq qədər sevərəm. Sevgimlə sevdiyimə zərər verəcək bir xarakterə sahib deyiləm" deyə o bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Bəyaz Röya ilə bağlı söz-söhbətlərə aydınlıq gətirdi (VİDEO)
Türkiyənin tanınmış şoumeni, aparıcı Bəyazit Öztürk Röya Ayxanla bağlı ona ünvanlanmış iradlara cavab verib. BAKU.WS məlumat verir ki, "10LAR" verlişinə danış...