SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Sibel Canın uzun müddətdir Bakıda gözlənilən konserti baş tutub.

BAKU.WS xəbər verir ki, bir gün əvvəl paytaxta oğlu Engincan Uralla təşrif buyuran sənətçi ötən gün pərəstişkarları qarşısında çıxış edib. Sibel Bakı Konqres Mərkəzində geniş orkestr heyəti ilə musiqisevərlərə unudulmaz gecə yaşadıb.

Məşhur müğənni musiqili proqrama “Sən gəlməz oldun” adlı mahnı ilə start verib.
Daha sonra II Qarabağ müharibəsində şəhid olan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sayğı duruşundan sonra Sibel Can ifalarını səsləndirməyə davam edib.

Onun konsertində əsl fanat izdihamı yaşanıb. Kiçikdən böyüyə hər kəs ifaçının canlı ifalarını dinləmək üçün məkana axın edib. Onlar arasında tanınmış aparıcılar, stilistlər və yerli şou nümayəndələri olub.

Gecədə sevilən sənətçi qara və qırmızı rəngli iki uzun libas geyinib. Onun lirik və dinamik ifalarını səsləndirdiyi konsert musiqisevərlər tərəfindən böyük coşqu və maraqla qarşılanıb.

BAKU.WS
VİDEO

QALEREYA