SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Xumar Qədimova pərəstişkarlarına yeni klip təqdim edib.

BAKU.WS xəbər verir ki, ifaçı "Bu Xumar" adlı yeni mahnısını ekranlaşdıraraq sevənlərinin ixtiyarına verib.

Əməkdar artist ifanı duet formasında ərsəyə gətirib. Qədimovanın tərəf müqabili repçi Aslixandır. Hər zaman özünə məxsus ifaları və musiqi tərzi ilə seçilən sənətçi bu dəfə də fərqli mahnısı ilə hər kəsi təəccübləndirib. 

Yeni ifanın söz və musiqisi Aslixan və Ruxasa aiddir. Mahnının aranjimanını Voobax edib. "Bu Xumar"ın rejissoru Nicat Alışovdur.

Klip Aslixanın şəxsi yutub kanalına yerləşdirilib. 

BAKU.WS
VİDEO