Mətanət İsgəndərlinin nəvələri anasına qaytarıldı -VİDEO

25
yan
2022
14:02
Əməkdar artist Mətanət İsgəndərlinin nəvələri anasına qaytarılıb.
BAKU.WS xəbər verir ki, bu gün sənətçinin oğlu Kərimlə keçmiş gəlini arasında məhkəmə prosesi baş tutub.
Hakim uşaqların qəyyumluq hüququnu Cananaya verib. Bu haqda Əməkdar artistin keçmiş gəlini sosial şəbəkə hesabında məlumat verib. O video yayımlayaraq "Sizin dualarınız sayəsində qələbə qazandım" qısa şərhini əlavə edib.
Xatırladaq ki, Kərimlə Canana arasında bir müddət əvvəl də məhkəmə baş tutmuşdu. Həmin vaxt azyaşlı uşaqların qəyyumluq hüququ Mətanət isgəndərliyə verilmişdi.
Oxşar xəbərlər
Canlı yayıma çıxan Mətanət İsgəndərlinin gəlini kömək istədi
Əməkdar artist Mətanət İsgəndərli ilə gəlini Canananın qalmaqalı bitmir. BAKU.WS xəbər verir ki, övladları əlindən alınan Canana "Təsir dairəsi" proqramına qona...