SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Gülay Zeynallının qızı Sahilənin 10 yaşı tamam olub. 

BAKU.WS xəbər verir ki, sənətçi dəbdəbəli bağ evində övladına ad günü keçirib. Gülayın qızının şad günündə ailə üzvləri, yaxınları və qohumları da iştirak edib. 

Bu haqda ifaçı sosial şəbəkədə məlumat verib. O, instaqram hesabında qızının xoş günündən fotolar yayımlayaraq onu ad günü münasibətilə təbrik edib. Gülay görüntülərə "Xoşbəxt ol həmişəm, gözəl qızım" sözlərini yazıb.

Qeyd edək ki, Gülay Zeynallı idmançı Kamil Zeynallı ilə evlidir. Cütlük 2010-cu ilin noyabrında ailə həyatı qurub. Onların bu evlilikdən Sahilə adlı yeganə övladı var.

BAKU.WS
QALEREYA