SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Röya Ayxan oğlu Hüseynə ad günü şənliyi keçirib. 

BAKU.WS xəbər verir ki, ifaçı ailə üzvlərini və yaxın dostlarını başına toplayaraq yeganə övladı Hüseynin 12 yaşını qeyd edib.

Ayxan Hüseynin özəl gününün görüntülərini sosial şəbəkədə yayımlayıb. Ad günü məclisi ilə yanaşı onun dəbdəbəli və lüks evi də diqqətdən yayınmayaraq müzakirələrə səbəb olub. Videoda malikanənin müxtəlif yerlərindən kadrlar nümayiş olunub.

Qeyd edək ki, Röya Ayxan 2008-ci ildə Anar Cəlilovla ailə həyatı qurub. O, Anarın ikinci həyat yoldaşı olub. Sənətçinin bu evlilikdən Hüseyn adlı oğlu var. Anar Cəlilov Röya Ayxandan ayrıldıqdan sonra 3-cü dəfə ailə həyatı qurub.

BAKU.WS
VİDEO