Türkiyənin tanınmış aktrisaları gözəlliklərilə yanaşı film və seriallarda rolları ilə də hər kəsi ovsunlamağı bacarırlar. 
 
BAKU.WS məlumat verir ki, aktrisaların istedadı təkcə filmlərdə canlandırdıqları obrazlarla yekunlaşmır. Belə ki, sənətçilər həm də gözəl səsə sahibdirlər. Aralarında albom çıxardan, klip çəkdirənləri də var. 
 
BAKU.WS gözəl səsə sahib olan türk aktrisaları təqdim edir. 
 
Fahriye Evcen 
 


Fahriye Evcen Özcan Denizlə birgə çəkildiyi "Evim Sensin" filmində "Sen Yarim idun" mahnısını ifa edərək hər kəsi heyran etmişdi. İkinci dəfə aktrisa sevgilisi Burak Özcivitlə birlikdə "Hasretinden yandı gönlüm" mahnısını duet şəklində ifa etdi. Cütlük duetinə klip də çəkdirdi. Fahriyenin bu ifası da digər ifası kimi sevildi. 
 
Berguzar Korel

 
Berguzar Korel də səsi ilə seçilən aktrisalardandır. Aktrisa bir müddət əvvəl albom çıxaracağını bəyan etmişdi. O bildirib ki, ablbom üzərində hazırlıqlar tam yekunlaşdıqdan sonra sevənlərinə təqdim edəcək. 
 
Aslı Enver
 

 
Son günlərdir Murad Bozla sevgili olan Aslı Enver gündəmdən düşmür. Aktrisa Murad Bozla evlilik hazırlıqlarına başladığı vaxtda nikahdan imtina edərək hər kəsi təəcübləndirmişdi. Belə ki, ailələri tanış olan cütlük nişan gününü təyin etsələr də, Aslı Muraddan vaxt istəyərək ailə qurmağa hazır olmadığını bildirmişdi. Aktrisa bir sıra rolları ilə çox sayda insanın sevgisini qazansa da, səsinin gözəlliyini isə ilk dəfə "O ses Türkiye"ni yeni il buraxılışında nümayiş etdirdi. "Arnavut Kaldırımları" mahnısı ilə ilk əvvəl Muradın, daha sonra bütün sevənlərinin qəlbini fəth etdi. 
 
Farah Zeynep Abdullah
 

 

Farah Zeynep Abdullah "Öyle bir geçer zamanki" serialındakı rolu ilə məşhurlaşmışdı. Daha sonra müğənni "Unutursam fısılda" filmində səsinin gözəlliyi ilə hər kəsi heyran etmişdi. 

 

Ayşən Ayxan

BAKU.WS