SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Günel Ələkbərovanın səhhətində problemlər yaranıb.

BAKU.WS xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib.

Ələkbərova yüksək hərarəti olduğundan COVID-19-a tutulduğunu zənn edib və test verib. Lakin sənətçinin nəticəsi mənfi çıxıb.

“Hərarətim 39-40 dərəcə idi. Əvvəl koronavirusa yoluxduğumu zənn etdim. Amma test verdikdən sonra nəticə neqativ çıxdı. Kəskin boğaz ağrılarım var. Sümüklərim isə elə bil ovulur. Hərarətim düşmür. Özümdən çox qızım üçün narahatlıq keçirirəm” -deyə Günel bildirib.

BAKU.WS