SİZİN REKLAM BURADA!
055 213 76 73


ARB TV-nin “YouTube” layihəsi olan “Özümüz danışaq” verilişinin növbəti qonağı müğənni Nərmin Kərimbəyova olub.

Müğənni verilişdə toylarda ifa etmək istəmədiyini qeyd edib:

“Pul məni dəyişməyib. Pulsuzluqdan gəlməmişəm. Sənətdə pul yoxdur, xüsusilə də estradada. Bəlkə də, toyda var. Toylara yarım saatlıq qonaq kimi gedirəm, amma toy aparmıram.

Toy mənə maraqlı deyil və janrım deyil. Toyda ifa etməyi öyrənə bilərəm, amma istəmirəm. Çünki o zaman mənim istədiyim şou alınmayacaq. Özümü estradada görürəm”.

BAKU.WS
VİDEO