SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “HYUNDAI” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “HYUNDAI” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***09:12

Bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Biləcəri qəsəbəsinə doğru düşən hissəsində ağır qəza baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə zamanı "Shagman" markalı yük maşını ilə "Hyundai" markalı avtomobil toqquşub.

Qəzada minik avtombilində olan iki nəfər və yük maşınının sürücüsü ağır yaralanıb.

Hər üç nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Qəza yerinə DYP və FHN əməkdaşları cəlb olunub.

Orxan Hüseyn
BAKU.WS
VİDEO

VİDEO