SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniyanın Barselona şəhərində keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq Avropa çempionu olan Pərviz Qasımov və komandanın digər üzvləri - Emin Çaqayev və Şükran Soltanov gecə saatlarında Vətənə qayıdıblar.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, idmançıların yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bundan əvvəl Pərviz Qasımov Bakıda keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq mütləq çempion olmuşdu.

O eyni zamanda Milli Konservatoriyada müəllim vəzifəsində çalışır.

Qeyd edək ki, bodibildinq yarışında ölkəmizi təmsil edənlər arasında Rauf Əliyev də yer alıb. İdmançımız I yeri qazanaraq Avropa və Overall çempionu olub.

BAKU.WS
VİDEO