VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meyxanaçı Namiq Qaraçuxurlu yeni açıqlamaları ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, “10-da görüşək” proqramına qonaq olan Qaraçuxurlu uzun illərdən sonra Xalq artisti Aygün Kazımovadan danışıb.

Namiq onunla ifa etdiyi duetlərinin daha uğurlu olduğunu bildirib:

“Aygün xanımla olan duetlərim ardıcıllığı tamamlayır. Hətta elə olub ki, işin ortasında oxuduğumuz duet daha uğurlu alındı. Məsələn: “Bağlanıram” duetimizi biz ikinci oxuduq. Amma birinci duetdən daha çox yayıldı və populyarlıq qazandı.

Əgər maraqlı və möhtəşəm layihə olarsa, Aygün Kazımova ilə duet oxuya bilərəm. Bu zaman da məsuliyyət mənim üzərimə düşür, söz, musiqi yazmalıyam”.

BAKU.WS