SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanınmış şou-biznes nümayəndələri sosial şəbəkədəki paylaşımları ilə diqqət çəkiblər.

BAKU.WS xəbər verir ki, onlar şəxsi “Instagram” hesablarında həftəsonu istirahətlərindən rəngarəng görüntülər yayımlayıblar.

Kimisi həftəsonunu evdə, kimisi çimərlikdə, kimisi də toyda keçirib.

BAKU.WS həmin görüntüləri təqdim edir:

Müğənni Günay İbrahimli həftəsonunda istirahət mərkəzlərindən birinə yollanıb. O, çimərlikdə çəkilən fotosunu şəxsi “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.

Əməkdar artist Könül Kərimova bir neçə gündür, Türkiyədə istirahət edir. O, həftəsonu istirahətdən olan fotosunu paylaşıb. Əməkdar artistin qara köynək və mini şortikdə çəkdirdiyi şəklinə 7 mindən çox “like” gəlib.

Müğənni Zamiq Hüseynov həmkarlarından fərqli olaraq bu həftəsonunu istirahətdə deyil, toyda keçirib. O, məclisdən lentə alınan görüntüləri şəxsi “Instagram” hesabında yayımlayıb.

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva isə həftəsonunu evdə keçirib. O, evdə kitab oxuyarkən çəkilən fotosunu sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. Onun bu fotolarına 19 mindən çox “like” gəlib.

Müğənni Elton Hüseynəliyev də həftəsonu istirahət etməyənlərdəndir. Sənətçi istirahət günündə belə toyda iştirak edib. Məclisdən lentə alınan görüntüləri Elton şəxsi “Instagram” hesabında yayımlayıb.

Aparıcı Afaq Gəncəli xeyli müddətdir Türkiyəyə istirahətə yollanıb. O, həftəsonu çimərlikdən olan görüntülərini sosial şəbəkə hesabında paylaşıb.

Xalq artisti Zülfiyyə Xanbabayeva isə həftəsonunu işdə keçirib. O, yeni şəkil çəkdirərək izləyiciləri ilə bölüşüb. Xanbabayeva fotosunu iş həştəqi ilə yayımlayıb.

Müğənni Elvin Abdullayev həftəsonunu evdə övladı ilə birlikdə keçirib. O, həmin görüntüləri şəxsi “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.

BAKU.WS