SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən həftə gizli evlənən Tarkanın nikah mərasimindən yeni fotolar yayılıb. 

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, uzun müddətdir sevgili olduğu Pinar Dileklə sadə nikah mərasimi ilə evlənən pop ulduzun toyu 6 may tarixində baş tutacaq. "Hüriyyet"-ə açıqlamasında gizli evlənməyinə aydınlıq gətirən sənətçi bunu ölkədə ard-arda baş verən terror hadisələri ilə əlaqədar olduğunu bildirib. 
 
Tarkanın nikah günündən yayılan yeni fotolarda göründüyü kimi mərasim ailə arasında və yaxın dostların iştirakı ilə baş tutub. Gəlin Pinar Dilek nikahı günü sadə ağ libasa üstünlük verib. 
 
 
Bundan əlavə, mətbuatda toyunda Tarkanın Türkiyənin məşhur dizayneri Levon Kordonciyanın tikdiyi kostyumu geyinəcəyi ilə bağlı iddialar yer alıb. 

Qeyd edək ki, əslən erməni olan Kordonciyanlar ailəsi Mustafa Kamal Atatürkün də geyindiyi kostyumların müəllifləri olublar.
 
BAKU.WS