Sənubər İsgəndərli: "Vəsiyyət etmişəm ki, xəstələnsəm, evimə kamera girməsin"

"Buradan köçüb getmə imkanlarım olub. Amma etmədim. Vətəni sevən insanam. Bircə dəfə Hollivudda olanda paxıllıq hissi keçirdim. Pis olmuşdum. Fikirləşdim ki, eyni sənətin daşıyıcılarıyıq. Bəxtiniz gətirib, sizi dünya tanıyıb, bizi yox. Sonra o da keçdi".
BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli "Fatehin divanı" proqramında deyib. Aktrisa sənətdə özünü çərçivələrə salmadığını söyləyib:
"Çərçivələri sevmirəm. Düşünmürəm ki, 35 il buradayam, artıq oturuşmuş halım var. Bu gün özümü tələbə kimi də apararam. Hər teatrda oynayaram. Bircə baletə gedə bilmərəm".
S.İsgəndərli qızına etdiyi vəsiyyəti də açıqlayıb:
"Demişəm ki, xəstələnsəm, evə çəkiliş gəlməsin. Bu günə kimi evimə kamera girməyib. Bir dəfə bir müğənninin xəstə yatağında görüntülərini gördüm. Onda qərar verdim ki, olmaz".
Oxşar xəbərlər
Xalq artistindən efirdə ŞOK ETİRAF: "Sənubər İsgəndərli ilə 3 ay sevgili olduq" - VİDEO
Xalq artisti Əjdər Həmidov həmkarı Sənubər İsgəndərli ilə 3 ay sevgili olduğunu etiraf edib. BAKU.WS xəbər verir ki, aktyor Xəzər TV-nin "Hər şey daxil" proqram...
