SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Elza Seyidcahan Xəzər televiziyasında yayımlanan "Anamın yeməyindən yoxdur" verilişində qonaq qolub.

BAKU.WS xəbər verir ki, ifaçı karantin olduğu üçün toyların ləğv edilməsindən danışıb. O bildirib ki, toy olmasa da sənətkarlar ac qalmır:

"Toylara gedirdim, yaradıcılığımdan uzaq düşürdüm. Sənətimdən uzaq qalırdım. İnsan var, toy olanda sevinirdi, mən yox. Vaxtımı alırdılar. Parçalanıram, sənətimdən ayrılıram. Tarixdə yaşamaq üçün insanın rəssamlığı, bəstəkarlığı olmalıdır. Sənətkarlar ac qalmırlar. Onların sənəti onları qidalandırır. Bir əsər ərsəyə gətirəndə elə bilirəm bir qazan plov etmişəm. Sənətini pula satanlar indi acından ölürlər, pis gündədir. Ağlayırlar ki, pul yoxdur. Qorxurlar bir qızılı, evi, maşını azalacaq. Anam hər zaman deyir ki, pulu sənətə xərcləyirsən. Deyirəm ki, insanın əmlakı, obyekti, sərmayəsi elə sənətidir".

BAKU.WS