1000 dollara 1 aylıq istirahətin mümkün olduğu ölkələr – Siyahı

20
iyn
2018
16:50
Türkiyənin haberturk.com saytı min dollara bir aylıq istirahətin mümkün olduğu ölkələrin siyahısını verib. Siyahı ömrünün 1550 gününü səyahətdə keçirən bir blogerin fikirlərinə əsaslanıb. Blogerə görə, turistlər Slovakiya, Sloveniya, Xorvatiya, Bosniya-Hersoqovina, Serbiya, Makedoniya, Ruminiya, Moldova, Estoniya və Latviya kimi ölkələri az pul xərcləməklə kəşf edə bilərlər.Bu ölkələrin hər birində günü 15 dollardan gecələmək mümkündü. Gündəlik yemək xərci isə 2-10 dollara başa gəlir.Şimali və Cənubi Amerika qitələrində yerləşən bəzi dövlətlər də bu kateqoriyaya aid edilib. Bu ölkələrdə bir aylıq istirahətin maksimum qiyməti 1000 dollardır. Aralarında ən ucuzu Meksikadır. Sonrakı yerlərdə Panama, Kosta-Rika, Nikaraqua, Honduras, El-Salvador, Qvatemala gəlir.Dünyanın ən ucuz istirahət bölgələri isə Asiyada yerləşir. Qərbi Asiya ölkələrində 1 aya 500 dollar xərcləməklə də istirahət etmək olar. Tailand, Kamboca və Vyetnam həmin ölkələrdəndir. Növbəti yerlərdə Malaziya, İndoneziya, Myanma, Banqladeş, Nepal, Şri-Lanka və Hindistan gəlir.Qeyd: Qərbi Asiya ölkələrində 1 aya 500 dollara istirahət mümkün ola bilər. Ancaq Bakıdan həmin yerlərə getmək kifayət qədər baha başa gəlir. Təyyarə biletləri olduqca bahadır.seyahetchi.com
Oxşar xəbərlər
Səyahət üçün ən ucuz 9 ölkə - VİDEO
9. Rumıniya – İki nəfərlik gündəlik büdcə: 80-90 dollar edir. Rumıniyada küçə yeməyinə rast gələ bilmərsən. Ucuz kafedə 5 dollara nahar edə bilərsən. Restorand...
