VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov çıxış edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, M.Pənahov  Milli Məclisə seçkilərin 125 seçki dairəsi və 5 573 seçki məntəqəsi üzrə keçirildiyini xatırladıb:

“Deputatlığa 19 siyasi partiyanı, seçicilərin təşəbbüs qrupunu təmsil edən, həmçinin öz təşəbbüsü ilə seçkilərə qatılan 1637 nəfərin namizədliyi qeydə alınıb, onlardan 323 nəfəri qeydə alındıqdan sonra mübarizəni dayandırmaq qərarına gəlib və yekunda 1 314 namizədin adı seçki bülletenlərinə daxil edilib.

Bütün namizədlərə seçkiqabağı təşviqat dövründə bərabər şərait və eyni imkanlar yaradılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, bütün ölkə ərazisində 136-sı açıq, 136-sı qapalı olmaqla, ümumilikdə 272 yer ayrılaraq namizədlərin ixtiyarına verilib və deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər. Bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim nəzarətdə saxlanılıb”.

MSK sədri qeyd edib ki, daxil olan müraciətlərin tam, şəffaf və hərtərəfli araşdırılması nəticəsində Komissiyanın qərarı ilə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli – Beyləqan seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız sayılıb:

“Bundan əlavə, sosial şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər və "qaynar xətt"ə daxil olan məlumatların araşdırılmasının nəticəsi olaraq, ümumilikdə 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub”.

Onun sözlərinə görə, Milli Məclisə seçkilərin müşahidəsinə 59 beynəlxalq təşkilat və 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi qatılıb:

“Bütün bunlarla yanaşı, 4 təşkilat tərəfindən seçkilərdə "exit-poll” keçirilib ki, onlardan da 2-si öz fəaliyyətlərini xarici partnyorları ilə birgə təşkil ediblər”.

Məzahir Pənahov deyib ki, Milli Məclisə seçkilərdə seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, ölkə üzrə seçicilərin ümumi sayının 46,84 faizi səsvermədə iştirak edib.

Daha sonra hakimlər MSK sədri Məzahir Pənahova suallar ünvanlayıblar. MSK sədri onların suallarını cavablanıdırıb.

BAKU.WS