SİZİN REKLAM BURADA!
055 213 76 73


Məzahir Pənahovun sədrliyi ilə fevralın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən BAKU.WS-ə bildirilib ki, iclasda 2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb. Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, maraqlı subyektlərin və ərizəçilərin də iştirakı ilə geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

Komissiya müxtəlif mənbələrdən əldə olunan məlumatlar əsasında Milli Məclisə seçkilər keçirilən 20 seçki məntəqəsində - 15 saylı Yasamal birinci seçki dairəsinin 10, 19, 28 və 29, 29 saylı Səbail seçki dairəsinin 23, 42 saylı Sumqayıt ikinci seçki dairəsinin 7 və 32, 63 saylı Sabirabad birinci seçki dairəsinin 28, 64 saylı Sabirabad ikinci seçki dairəsinin 1, 71 saylı Masallı kənd seçki dairəsinin 33, 91 saylı Ucar seçki dairəsinin 1, 94 saylı Bərdə kənd seçki dairəsinin 1, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin 21, 108 saylı Ağstafa seçki dairəsinin 26, 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin 29, 30 və 43, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 36 və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 48 və 50 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən və Seçki Məcəlləsinin tələblərinə zidd olan halları nəzərə alaraq həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrini ləğv edib.

Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan iclasda cari məsələlərə də baxılıb.

BAKU.WS