İki seçki məntəqəsinin komissiyaları nəzarətə götürülüb

24
fev
2020
19:29
68 saylı Cəlilabad kənd seçki dairəsinin 9 və 25 saylı məntəqələrinin seçki komissiyaları ilə bağlı ölçü götürüləcək.
BAKU.WS-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
M.Pənahov bildirib ki, həmin məntəqələrin komissiyalarının hər ikisi nəzarətə götürülüb:
“Onlar barədə ciddi tədbir görüləcək. Hər pozuntunun özünün adekvat cavabı olacaq. Həmin məntəqələr barədə daxil olan müraciətlər ciddi şəkildə araşdırılır”.
Oxşar xəbərlər
Nəticələri ləğv edilən məntəqələrin sayı 100-ü keçib - SİYAHI
Milli Məclisə seçkilər üzrə indiyə qədər nəticəsi etibarsız sayılan məntəqələrin sayı məlum olub. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu günədək 30 seçk...