Daha 1 seçki məntəqəsində nəticələr ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 10 saylı Binəqədi üçüncü seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, məsələ barədə MSK üzvü İlkin Şahbazov xəbər verib.
O bildirib ki, müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində səsvermə prosesinin pozulduğu iddia edilib.
MSK üzvü əlavə edib ki, araşdırmalar zamanı qeyd olunan hallar yalnız 16 saylı seçki məntəqəsində öz əksini tapıb. İ.Şahbazov həmin seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv olunmasını təklif edib.
Təklif səsə qoyularaq qəbul olunub.
Oxşar xəbərlər
Onlar üçüncü dəfə seçildi: Rəqəmlər nə deyir? - SİYAHI
Ötən gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərin nəticələri onu deməyə əsas verir ki, bəzi deputatlar artıq üçüncü dəfə Milli Məcli...