10 məntəqənin nəticələri ləğv edildi

10 məntəqənin nəticələri ləğv edildi
Siyasət 1349

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.

BAKU.WS xəbər verir ki, iclasda 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən qeydə alınan namizəd Samirə Rəfullayevanın şikayətinə baxılıb.

Şikayətlər araşdırılıb və həmin seçki dairəsinin 1, 12, 14, 16 və 18 saylı seçki məntəqələrində qanun pozuntuları aşkarlanıb. Bu səbəbdən həmin məntəqələrin nəticələri etibarsız hesab edilib.

İclasda 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsindən daxil olmuş müraciətlərin araşdırılması üçün DSK-ya göndərilməsi də qərara alınıb.

90 saylı Ağdaş Seçki Dairəsindən namizədliyi qeydə alınan Səidə Cəbrayılovanın şikayətinə baxılıb.

Araşdırma zamanı məlum olub ki, 6 və 7 saylı seçki məntəqələri istisna olmaqla, digər seçki məntəqələrində qanunun tələbləri pozulmayıb. Nəticədə 6 və 7 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı qərar qəbul edilib.

Bundan başqa, 47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Qurbanəli Yusibov və İbrahim Salamovun şikayətinə baxılıb.

Araşdırma nəticəsində 9, 17 və 21 saylı seçki məntəqələrində qanun pozuntularının edildiyi aşkarlanıb və həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılıb.

Beləliklə, bu gün ümumilikdə 10 məntəqənin nəticələri etibarsız hesab edilib.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)

İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...

48249 Siyasət 16:46 16 mart 2019

Son xəbərlər