VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədlər Hüseynli İlqar, Fərzəliyev Murad və digərlərinin müraciətinə baxılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

O bildirib ki, müraciət edən şəxs İ.Hüseynli DSK-ya müraciət edərkən bir neçə seçki məntəqəsinin nəticələrini mübahisələndirib: “Lakin MSK-ya müraciət edəndə həmin dairə üzrə məntəqələrin sayını artırıb. O, 1 protokol da təqdim edib.

Digər namizədlər də şikayətləri ilə bağlı disk də təqdim ediblər. Hər bir videogörüntü üzrə araşdırma aparılıb. Araşdırmalar zamanı 2 məntəqədə - 14 və 23 saylı məntəqələrdə pozuntular aşkarlanıb. Araşdırmalarda 23 saylı məntəqədə bülletenlərin topa şəkildə atılması faktı aşkar edilib.

Bundan əlavə, 16, 25 və 21 saylı məntəqələrdə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib. Bu da həmin məntəqələr üzrə (14, 16, 21, 23 və 25 saylı məntəqələr) nəticələrin etibarsız hesab edilməsinə şərait yaradır”.

İclasda həmin dairənin 5 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***16.37

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd Əziz Qənbərovun müraciətinə baxılıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə MSK-nın iclasında qurumun üzvü Tofiq Həsənov bildirib.

O qeyd edib ki, həmin seçki dairəsinin 16 saylı məntəqəsində qanun pozuntularının olması müəyyənləşib.

MSK qərara alıb ki, 123 saylı Seçki Dairəsinin 16 saylı seçki məntəqəsinin nəticələri ləğv edilsin.

Xatırladaq ki, həmin dairə üzrə lider namizəd Aqil Məmmədovdur. O, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısıdır.

Qeyd edək ki, MSK-nın fevralın 17-də keçirilən iclasında 34 saylı Xətai Seçki Dairəsinin 7 seçki məntəqəsinin nəticələri etibarsız hesab olunmuşdu.

BAKU.WS