Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

22
apr
2025
22:10
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr təyin olunub.
BAKU.WS Bakupost.az-a istinadən xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə bu vəzifəyə Ramin Alik oğlu Rzayev gətirilib.
Ramin Rzayev bu təyinata qədər idarə heyətinin sədr müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sabiq sədri Anar Bayramov bu ayın 17-də Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Oxşar xəbərlər
Azərbaycan qırıcıları Konyada fil yürüşündə iştirak edib
Türkiyənin Konya şəhərində keçirilən "Anadolu qartalı - 2025" beynəlxalq təlimində döyüş qırıcılarının fil yürüşü keçirilib. BAKU.WS report-a istinadən xəbər ve...
