Nazirlik qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

Aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır.
BAKU.WS xəbər verir ki, bu barədə FHN-in əhaliyə müraciətində qeyd edilib.
Bildirilir ki, yalnız son 2 həftə ərzində bu kimi qeyri-çimərlik ərazilərdə 7 nəfərin batması faktı qeydə alınıb.
Nəzərə alınmalıdır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə olunmamasına çağırır.
Oxşar xəbərlər
Uşaqların boyunun uzanması üçün NƏ EDİLMƏLİDİR?
Uşaqların boy inkişafı valideynləri ən çox maraqlandıran məsələlərdən biridir. Boyun uzunluğu əsasən genetika ilə müəyyən olunsa da, mütəxəssislər bildirirlər k...
