Zamanın içindən keçən film: "Sirab"ın 75 illik hekayəsi

Zamanın içindən keçən film: Sirabın 75 illik hekayəsi
Promo 78

"Sirab"ın 75 illik yubileyi münasibətilə hazırlanan film qısa müddətdə rəqəmsal platformalarda geniş maraq qazanıb.

"One shot" texnikası ilə çəkilən layihə tək kadrda dörd fərqli tarixi dövrün ardıcıl şəkildə qurulmasını əks etdirir. Film boyunca "Sirab"ın 75 il ərzində dəyişən orijinal şüşə dizaynları nümayiş olunur və brendin vizual inkişaf xətti ön plana çıxarılır.

Çəkilişlər zamanı tarixi arxivlərdən çıxarılmış geyimlər, əşyalar və aksesuarlar istifadə edilib. İki aydan çox davam edən hazırlıq prosesi çərçivəsində 105 nəfərlik komanda layihənin icrasında iştirak edib.

Nəticədə ərsəyə gələn film hazırda rəqəmsal platformalarda 21 milyondan çox baxış toplayaraq "Sirab"ın yubiley layihəsi kimi böyük maraq doğurub.

Son xəbərlər