Yelo Bank LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində ilk özünəxidmət mərkəzini istifadəyə verdi

Yelo Bank LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində ilk özünəxidmət mərkəzini istifadəyə verdi
Foto
Promo 191

3 dekabr tarixində Yelo Bank ilk özünəxidmət mərkəzini istifadəyə verdi.

Sözügedən mərkəz LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində yaradılıb və 8 Noyabr prospekti 108 ünvanındakı LUKOYL YDM ərazisində yerləşir.

Bu mərkəzin yaradılmasında əsas məqsəd müştərilərə daha yaxın olmaq və göstərilən xidmətlərin operativ həyata keçirilməsidir.

Qeyd edək ki, ölkəmizdə Parlaq Bankçılıq şüarı altında fəaliyyət göstərən Yelo Bankın əsas prioritetlərdən biri müştərilərin daha çox vaxt sərf etdiyi xidmətlərin və bank əməliyyatlarının rəqəmsallaşmasıdır.

Ənənəvi filiallardan fərqli olaraq Özünəxidmət Mərkəzində müştərilər bank əməkdaşının iştirakı olmadan, terminal və planşetlər vasitəsilə ilə bir çox xidmətlərdən 24/7 rejimində, fasiləsiz yararlana bilər.

Kartdan vəsaitin nağdlaşdırılması, kart və cari hesaba mədaxil, müxtəlif ödənişlərlə bərabər, burada müştərilər növbə gözləmədən, əlavə sənəd tələbi olmadan rahat şəkildə nağd pul, biznes kreditləri və Yelo kart sifarişi edə bilər.

Qeyd edək ki, Yelo Bank təqdim etdiyi yeni xidmətlər sayəsində müştərilərə rəqəmsal kanallar vasitəsilə, o cümlədən özünəxidmət mərkəzindən sifariş etdikləri kart və nağd pul kreditlərinin filiala gəlmədən alınması imkanını da yaradır.

Yelo Bankın İdarə heyətinin sədri Anar Həsənov LUKOYL Azərbaycan ilə strateji əməkdaşlığın real nəticələrinin əldə edilməsinə çox şad olduğunu bildirib:

"Bu konsept həm Yelo Bank, həm də bank sektoru üçün yenilikdir. Əməkdaşlığımızın daha da genişləndirilməsi üzrə böyük planlarımız var. Yaxın gələcəkdə yalnız Bakıda deyil, həmçinin regionlarda da yeni özünəxidmət mərkəzlərinin açılması planlaşdırılır.

Bu layihədə əsas məqsədimiz müştərilərimizə yaxın olmaq və daha çox insana keyfiyyətli distant bank xidmətlərinin çatdırılması yoluyla maliyyə savadlılığının artırılmasıdır. İnanırıq ki, qısa zamanda bu mərkəzlər ənənəvi xidmət göstərən böyük filiallarla rəqabət edə biləcək".

LUKOYL Azərbaycanın direktoru Zaur Cəlilov mərkəzin açılışı zamanı qeyd edib:

“Yeni inkişaf planımıza əsasən müştərilərin xidmət nöqtələrimizdə yalnız yanacaqdoldurma deyil, həmçinin fərqli tələbatlarını ödəmək imkanı yaratmağa çalışırıq.

Hesab edirəm ki, bu gün istifadəyə verilmiş özünəxidmət mərkəzi həm Yelo Bank, həm də LUKOYL Azərbaycan müştərilərinin rahatlığını artıracaq. Bu və gələcək layihələrimizin hər iki tərəf üçün faydalı olacağından əminəm”.

Bu partnyorluq yalnız mərkəzlərlə yekunlaşmır, həmçinin müştərilərin bank təcrübəsini artıracaq digər yeniliklərin istifadəyə verilməsi də planlaşdırılır.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq!

Son xəbərlər