Xalqımızın qəhrəmanlıq eposu “Koroğlu” Azercell-in Audiokitab layihəsində!

Xalqımızın qəhrəmanlıq eposu “Koroğlu” Azercell-in Audiokitab layihəsində!
Promo 3

Lider mobil operatorun təşəbbüsü və dəstəyilə ən sevilən folklor incilərimizdən biri bloger Azər Qəribin ifasında artıq Bookmate tətbiqində

“Azercell Telekom” MMC xalqımızın mədəni irsinin qorunub saxlanması, istər yazılı, istərsə də şifahi xalq ədəbiyyatı nümunələrinin daha müasir və dinamik şəkildə oxuculara çatdırılması sahəsində növbəti təşəbbüslə çıxış edib.

Bilavasitə şirkətin təşəbbüsü ilə ərsəyə gələn son layihə çərçivəsində isə xalqımızın vətənpərvərlik və qəhrəmanlıq tarixini təcəssüm etdirən “Koroğlu” dastanı fərqli və rəqəmsal formatda kitab həvəskarlarının ixtiyarına verilib.

Epos səsli formatda işlənib-hazırlanmış Azercell-in “Bookmate” mobil tətbiqinin “Audiobook” (“Audio Kitab”) bölümünə yüklənəcək.

Belə ki, “Koroğlu” dastanının 10 qolu tanınmış jurnalist və səyyah-bloger Azər Qəribin ifasında səsləndirilib, eposun bəzi bəndləri isə gənc bəstəkar və folk-rok ifaçısı Vüsal Rzasoy tərəfindən eksklüziv musiqi nömrələri ilə ifa olunub. Bundan əlavə, bədii illüstrasiyalarla müşayiət edilən “Koroğlu” audiokitabı üçün hazırlanan təsvirlər üzərində gənc rəssamlar Bəxtiyar Zaidzadə və Zəhra Əzimzadə çalışıb.

Nəzərinizə çatdıraq ki, 21 fevral tarixində bloger Azər Qəribin rəsmi Facebook səhifəsində layihənin eksklüziv təqdimatı baş tutacaq. Layihəni həmçinin Azercell-in rəsmi Youtube kanalından da izləmək mümkün olacaq.

Qeyd edək ki, Azercell “Bookmate” mobil tətbiqinin Azərbaycandakı rəsmi tərəfdaşıdır. “Bookmate” məkandan və istifadə edilən cihazdan asılı olmayaraq hətta oflayn rejimdə belə müxtəlif janrlarda 4 milyondan çox elektron və audio kitabı özündə cəmləşdirən zəngin elektron kitabxanadır. Azercell bu əməkdaşlığın ilk ilindən mobil kitabxananın Azərbaycan dilində olan kontentini zənginləşdirməyi hədəfləyib. İndiyədək Azercell-in təşəbbüsü ilə onlarla əsər elektron və audio kitab versiyada tətbiqə yüklənib. Dahi şair-mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley ilində şairin məşhur qəzəl və rübailəri üç dildə səsləndirilərək “Bookmate” proqramının “Audio Kitab” bölməsinə yüklənilmişdi.

Azercell-in təqdimatında “Koroğlu” audiokitab layihəsi və digər faydalı materiallardan zövq almaq üçün https://www.azercell.com/az/personal/digital-solutions/bookmate.html səhifəsi vasitəsilə Bookmate tətbiqinə qoşulma qaydaları barədə ətraflı məlumat əldə etmək olar. Layihəmizin davamını izləyin!

Son xəbərlər