Unibank 2020-ci ilin birinci yarısını mənfəətlə başa vurub
“Unibank” KB ASC 2020-ci ilin ilk 6 ayının maliyyə nəticələrini açıqlayıb.
30 iyun 2020-ci il tarixinə Bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 9 milyon manat təşkil edib. İkinci rübün nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri 5 milyon manat olub. 2019-cu ilin birinci yarısı ilə müqayisədə 2020-ci ilin ilk yarısında “Unibank”ın faiz gəlirləri 6% artaraq 42 milyon manat təşkil edib. Hesabat dövrünün sonuna Bankın cəmi aktivləri 715 milyon manat olub.
İlin əvvəlindən Bankın məcmu kapitalının həcmində artım qeydə alınıb. Hesabat dövrünə Bankın məcmu kapitalının həcmi 5% artaraq 84 milyon manata çatıb.
2020-ci ilin ilk yarısı ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında iştirakını davam etdirib. Ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 77 milyon manat (və ya 17%) artaraq 523 milyon manata çatıb. İlin ilk 6 ayı ərzində xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi ötən ilin uyğun dövrü ilə müqayisədə 8% artıb. Cari yarımillikdə biznes sektoruna ayrılmış kreditlərin məbləği 55 milyon manat təşkil edib. Kiçik və orta sahibkarlara verilmiş kreditin orta məbləğində də 1,7 dəfədən çox artım qeydə alınıb. Unibank Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində may ayından başlayaraq 1 milyon manatdan çox kənd təsərrüfatı təyinatlı güzəştli mikrokreditlər verilib.
Birinci yarımil ərzində “Unibank”ın depozit portfeli 440 milyon manat təşkil edib.
Unibank ölkədə nağdsız ödənişlərin tətbiqində aktiv banklar sırasında qalmaqda davam edir. 2019-cu ilin ilk yarısı ilə müqayisədə 30 iyun 2020-ci il tarixinə yalnız debet kartlarının sayında 37% artım qeydə alınıb.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Unibank - hər kəsin bankı!
Oxşar xəbərlər
Unibankın sərfəli əmanət-kredit kampaniyası davam edir
Övladınızın gələcək təhsili üçün pul ayırmaq, yaxın gələcəkdə planlaşdırdığınız bir işi görmək, pulunuzu etibarlı bir ünvanda dəyərini artıraraq saxlamaq istəyi...