TUT.AZ-ın müsabiqəsinin qaliblərinin adı bəlli oldu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
TUT.AZ-da həftə ərzində elan yerləşdirən və nağd 100 AZN qazanan şəxsin kimliyi açıqlanıb.
BAKU.WS xəbər verir ki, TUT.AZ pulsuz elanlar saytının artıq həftələrdir davam edən müsabiqəsinin yeni qalibi bəlli olub. Bu, xırdavat əşyaların onlayn satışı ilə məşğul olan Bakı şəhər sakini Xəqan Yaqubludur. Müsabiqə ilə bağlı danışan Xəqan kampaniyaya qoşularaq 100 AZN qazanıb və satışlarını artırıb:
“Dostumun məsləhəti ilə bu kampaniyaya qoşuldum. Həm dükanımı açdım, həm də burada şansımı sınadım. Sayta daxil oldum və öz dükanımı yaratdım. Sonra paylaşım etdim. İlk dəfədir, belə yarışda iştirak edirəm. TUT.AZ saytının əməkdaşı zəng vurdu və qalib olduğumu bildirdi. Qalib olduğumu öyrənəndə çox sevindim. Əvvəl mən də inanmırdım belə yarışların keçirilməsinə, sonra gördüm ki, bu, realdır. Amma şans da önəmlidir".
Qeyd edək ki, müsabiqədə həftə ərzində ən azı 3 (təkrar olmayan) elan yerləşdirən istifadəçilər iştirak edə bilərlər.
Seçim random üsulu ilə aparılır, bu zaman eyni istifadəçinin yerləşdirdiyi hər 3-cü elan nəzərə alınır.
Müsabiqə 13-19 dekabr tarixləri arasında baş tutub. Yarışma haqqında son məlumatlar daim "Instagram" səhifəsində yenilənir.
Xatırladaq ki, eyni müsabiqə eyni şərtlərlə 20-26 dekabr tarixlərində də keçiriləcək və istifadəçilər üçün hədiyyə qazanmaq imkanı yaranacaq.
Oxşar xəbərlər
TUT.AZ-ın müsabiqəsinin qaliblərinin adı bəlli oldu – VİDEO
TUT.AZ-da həftə ərzində elan yerləşdirən və nağd 100 AZN qazanan şəxsin kimliyi açıqlanıb. BAKU.WS xəbər verir ki, TUT.AZ pulsuz elanlar saytında 3 elan yerləşd...