TUT.AZ-ın müsabiqəsinin qaliblərinin adı bəlli oldu – VİDEO

TUT.AZ-da həftə ərzində elan yerləşdirən və nağd 100 AZN qazanan şəxsin kimliyi açıqlanıb.
BAKU.WS xəbər verir ki, TUT.AZ pulsuz elanlar saytında 3 elan yerləşdirərək kampaniyada iştirak edərək 100 AZN əldə edən budəfəki şəxs ikinci əl əşyaların satışı ilə məşğul olan Tahirə Heydərovadır. Müsabiqə haqqında təəssüratlarını bölüşən qalibimiz kampaniyaya qoşularaq həm çoxlu satış əldə edib, həm də 100 AZN qazanıb:
“İnstaqramda ikinci əl əşyaların satışını həyata keçirdiyim səhifəm var. TUT.AZ saytında reklam edərək bu kampaniyaya qoşuldum. İlk dəfədir belə müsabiqədə iştirak edirdim. TUT.AZ saytının əməkdaşları mənə zəng etdilər və qalib olduğumu bildirdilər. Çox xoşbəxt oldum. Sevinc hisləri keçirdim. İstifadəçilər də TUT.AZ saytının bu kampaniyasına qoşulsunlar və mənim kimi qalib olsunlar. Orada elan yerləşdirməklə çoxlu əşyalar satıb müştərilər qazandım".
Qeyd edək ki, müsabiqədə həftə ərzində ən azı 3 (təkrar olmayan) elan yerləşdirən istifadəçilər iştirak edə bilərlər.
Seçim random üsulu ilə aparılır, bu zaman eyni istifadəçinin yerləşdirdiyi hər 3-cü elan nəzərə alınır.
Müsabiqə 06-12 dekabr tarixləri arasında baş tutub. Yarışma haqqında son məlumatlar daim "Instagram" səhifəsində yenilənir.
Xatırladaq ki, eyni müsabiqə eyni şərtlərlə 13-19 dekabr tarixlərində də keçiriləcək və istifadəçilər üçün hədiyyə qazanmaq imkanı yaranacaq.
Oxşar xəbərlər
TUT.AZ-ın müsabiqəsinin qaliblərinin adı bəlli oldu – VİDEO
TUT.AZ-da həftə ərzində elan yerləşdirən və nağd 100 AZN qazanan şəxsin kimliyi açıqlanıb. BAKU.WS xəbər verir ki, artıq həftələrdir davam edən müsabiqənin yeni...
