TUT.AZ-ın müsabiqəsinin qaliblərinin adı bəlli oldu - VİDEO

TUT.AZ-ın müsabiqəsinin qaliblərinin adı bəlli oldu - VİDEO
Video
Promo 74

TUT.AZ-da həftə ərzində elan yerləşdirən və nəğd 100 AZN qazanan şəxsin kimliyi açıqlanıb.

BAKU.WS xəbər verir ki, ikinci əl əşyaların satışı ilə məşğul olan Təhminə Əzizovadır. Qalib olaraq 100 AZN qazanan Təhminə digər istifadəçiləri də bu kampaniyaya qoşulmağa dəvət edib:

“Mənim instaqramda ikinci əl əşyalar səhifəm var. Bu elanları yerləşdirmək üçün sizin saytı seçdim. Bu seçimi etməyim mənim üçün çox səmərəli oldu. Buna görə də hazırda çox sevincliyəm. İlk dəfədir, belə kampaniyaya qoşulub iştirak edirəm. Qalib olarkən çox sevindim.

Əvvəl belə bir kampaniyanın mövcudluğuna inanmadım. Amma TUT.AZ olaraq sizin saytı seçdim. Bir neçə elan yerləşdirdikdən sonra isə qalib oldum. Bütün istifadəçilərə səslənib demək istəyirəm ki, bu, bir reallıqdır. Burada elan yerləşdirdikdən sonra bir çox müştərilər bizimlə əlaqə saxladılar. Buna görə siz də qoşulun, siz də qalib olun!”

Qeyd edək ki, müsabiqədə həftə ərzində ən azı 3 (təkrar olmayan) elan yerləşdirən istifadəçilər iştirak edə bilərlər.

Seçim random üsulu ilə aparılır, seçim zamanı eyni istifadəçinin hər yerləşdirdiyi 3-cü elan nəzərə alınır.

Müsabiqə 25-31 oktyabr tarixləri arasında baş tutub. Yarışma haqqında son məlumatlar daim "Instagram" səhifəsində yenilənir.

Xatırladaq ki, eyni müsabiqə eyni şərtlərlə 01-07 noyabr tarixlərində də keçiriləcək və istifadəçilər üçün hədiyyə qazanmaq imkanı yaranacaq.

Son xəbərlər