TUT.AZ-ın müsabiqəsinin növbəti qalibinin adı bəlli oldu - VİDEO

TUT.AZ-da həftə ərzində elan yerləşdirən və nəğd 100 AZN qazanan şəxsin kimliyi bəlli olub.
BAKU.WS xəbər verir ki, bu dəfə qalib Bakı şəhər sakini Səbuhi Əliyevdir. Səbuhi kampaniyaya inanmayaraq qoşulduğunu bildirsə də, 100 AZN qazanmaqla birinci yeri tutduğuna görə böyük sevinc hissi keçirdiyini deyib:
“Elan yerləşdirmək üçün sosial şəbəkələr üzərindən uğurlu saytlar axtarırdım. Qarşıma TUT.AZ saytı çıxdı və elanlarımı yerləşdirməyə başladım. Gördüm ki, həm faydalıdır, həm də burada qalib olmaq imkanı var. İlk dəfədir ki, belə bir kampaniyaya qoşularaq qalib oluram. Buna görə çox sevinirəm. Hər hansı bir işə əmək qoyursan və qalib olursansa, bunun özü çox sevindirici haldır.
Bəzən belə kampaniyaların keçirilməsinə inanmayan insanlar olur. Elə onlardan biri də mən özüm idim. Lakin bu gün gördüm və şahid oldum ki, zənn etdiyim kimi deyil. Bu kampaniyalara inanmayan insan olaraq siz məni inandırdınız. Bu kampaniyanın keçirilməsində iştirak edən hər kəsə fəaliyyətində uğurlar arzu edirəm. Belə kampaniyaların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. İnşallah TUT.AZ saytının da əziyyətləri yerdə qalmaz”.
Qeyd edək ki, müsabiqədə həftə ərzində ən azı 3 (təkrar olmayan) elan yerləşdirən istifadəçilər iştirak edə bilərlər. Seçim random üsulu ilə aparılır, seçim zamanı eyni istifadəçinin hər yerləşdirdiyi 3-cü elan nəzərə alınır.
Müsabiqə 11-17 oktyabr tarixləri arasında baş tutub. Yarışma haqqında son məlumatlar daim "Instagram" səhifəsində yenilənir.
Qeyd edək ki, müsabiqə bu həftə ərzində də (18-24 oktyabr) davam edir.
Oxşar xəbərlər
TUT.AZ-ın müsabiqəsinin qaliblərinin adı bəlli oldu
TUT.AZ-da həftə ərzində elan yerləşdirən və nəğd 100 AZN qazanan şəxsin kimliyi bəlli olub. BAKU.WS xəbər verir ki, bu, Bakı şəhər sakini Abbasov Ceyhun Namiq...
