TUT.AZ-ın müsabiqəsinin qalibinin adı bəlli oldu - VİDEO

TUT.AZ-da həftə ərzində elan yerləşdirən və nəğd 100 AZN qazanan şəxsin kimliyi bəlli olub.
BAKU.WS xəbər verir ki, bu, Bakı şəhər sakini Aynur Məmmədovadır. Birinci yeri tutaraq 100 AZN qazanan Aynur xanım kampaniyaya qoşulub qalib olduğu üçün sevinc hissi keçirdiyini bildirib:
“Əvvəla onu deyim ki, kampaniyadan ümumiyyətlə xəbərim yox idi. Normal olaraq mən də hər kəs kimi saytda sadəcə elan yerləşdirdim. Proqramı öz telefonuma yüklədim və orada elan paylaşdım. Bonuslar toplandı.
Sonra mənə zəng gəldi və bildirildi ki, mən artıq kampaniyaya qoşulub qalib olmuşam. Əvvəla qalib olduğuma inana bilmədim. Bu gün buradayam və çox sevincliyəm ki, qalibəm. Buradan digər istifadəçilərə də səslənib demək istəyirəm ki, TUT.AZ-ın bu kampaniyasına inanın, qoşulun və qalib olun”.
Qeyd edək ki, müsabiqədə həftə ərzində ən azı 3 (təkrar olmayan) elan yerləşdirən istifadəçilər iştirak edə bilər.
Seçim random üsulu ilə aparılır, seçim zamanı eyni istifadəçinin hər yerləşdirdiyi 3-cü elan nəzərə alınır.
Müsabiqə 18-24 oktyabr tarixləri arasında baş tutub. Yarışma haqqında son məlumatlar daim "Instagram" səhifəsində yenilənir.
Xatırladaq ki, eyni müsabiqə, eyni şərtlərlə 25-31 oktyabr tarixlərində də keçiriləcək və istifadəçilər üçün hədiyyə qazanmaq imkanı yaranacaq.
Oxşar xəbərlər
TUT.AZ-ın müsabiqəsinin qaliblərinin adı bəlli oldu
TUT.AZ-da həftə ərzində elan yerləşdirən və nəğd 100 AZN qazanan şəxsin kimliyi bəlli olub. BAKU.WS xəbər verir ki, bu, Bakı şəhər sakini Abbasov Ceyhun Namiq...
