Trendyol ilin "Əfsanə günlər"ini elan edir
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri Trendyol "Əfsanə günlər" kampaniyasına başlayır.
27 noyabr-2 dekabr tarixlərini əhatə edəcək kampaniya müddətində məişət texnikası, ev və mətbəx ləvazimatları, geyim, kosmetika və baxım məhsulları da daxil olmaqla, 1500-dən çox kateqoriyada alış-veriş daha sərfəli olacaq.
"Trendyol"un Azərbaycandakı istifadəçiləri "Əfsanə günlər" müddətində NOYABR20 kodu ilə 20% endirim əldə edəcəklər. Həmçinin, müxtəlif mağazalar kampaniya günlərində mağazaya özəl xüsusi endirimlər, 20%, 30% və 40%-lik kuponlar və səbətə özəl endirimlər təqdim edəcək.
"Əfsanə günlər"in fürsətləri bununla bitmir. "Ultra Çarx", "Paylaş-Qazan" və digər interaktiv aksiyalar da müştərilərə əlavə kuponlar və bonuslar qazandıracaq.
Kampaniya müddətində Trendyol istifadəçiləri daha rahat ödəmə üsullarından yararlana biləcəklər. "Birbank" taksit kartı sahibləri ödəmələrini 2, 3, 6 hissəyə bölməklə və ya "İndi al, sonra ödə" imkanından istifadə etməklə həyata keçirə bilərlər.
Oxşar xəbərlər
Azercell "Tələbə Təqaüdü Proqramı 2026"nı elan edir
Şirkət bu il daha bir qrup tələbəyə təqaüd təqdim edəcək Ölkənin lider mobil operatoru "Azercell Telekom" MMC gənc istedadların inkişafına dəstək məqsədilə həya...