Trendyol 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi

Dünyanın əsas e-ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol 50 AZN və ondan yuxarı məbləğdə olan sifarişlər üçün Azərbaycana çatdırılma xərclərini ləğv edib.
Onlayn alış-veriş həvəskarları qeyd olunan və ondan yuxarı məbləğdə məhsul sifariş etdikdə pulsuz çatdırılmadan, o cümlədən evə pulsuz çatdırılmadan yararlana bilirlər. Bundan əlavə, ""Trendyol""dan ilk dəfə sifariş verən bütün istifadəçilər sifariş məbləğindən və məhsul sayından asılı olmayaraq birbaşa ünvana çatdırılma üçün ödəniş etmir.

50 AZN-dən aşağı məbləğdə olan sifarişlər üçün də yenilənmiş çatdırılma tarifləri tətbiq olunur: "Gəl al""nöqtəsi üçün 3.99 AZN, evə çatdırılma üçün isə 6.99 AZN sabit ödəniş edilir".
"Trendyol" öz istifadəçilərinə tekstil məhsullarından elektronikaya, uşaq qidalarından ev dekorasiyasına qədər 1500-dən artıq kateqoriyada məhsul təqdim edir. Hazırda "Trendyol"un Azərbaycanda 2 milyondan çox müştərisi var.
Son iki ildə "Trendyol" tətbiqi Azərbaycanda ən çox yüklənən mobil tətbiq olub.
Oxşar xəbərlər
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən "Yerli şirkətlərin tanıtım sərgisi" başa çatdı
18-21 iyun 2025-ci il tarixində paytaxt Bakıda 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilib. Kapital Bank-ın rəsmi tərəfdaşlığı ilə keçi...
