Texnoloji inkişafin nəticəsi - QR ödəmələr

Texnoloji inkişafin nəticəsi - QR ödəmələr
Promo 5

Texnologiya o qədər sürətlə inkişaf edir ki, dünən etdiklərimiz bugün bizə gülməli gəlir. Bugünün yenilikləri barədə bizə dünən danışsaydılar bəlkə də inanmazdıq. Hər gün yenilik, bütün xidmət sahələrində inkişaf artıq qaçınılmazdır.

Böyük qurumlar, ticarət obyektləri texnoloji inkişafı öz xidmətlərinə tətbiq edərək istehlakçıya xərcləmə asanlığı və rahatlıq yaradırlar. Sberbank da bu barədə digərlərindən heç geri qalmır.

Sberbank QR (Ən Yaxşı QR Kod Ödəniş Təklifi) və Take&Go (Ən Yaxşı Mağazadaxili Texnologiya) xidmətinin innovativliyi və istifadəçilər üçün əlverişliliyinə görə qızıl mükafatlar əldə edərək, iki kateqoriya üzrə Future Digital Awards (Gələcəyin Rəqəmsal Mükafatı) qazandı.

QR ilə ödəniş məhsul və ya xidmətlərə ödənişləri qəbul etməyin innovativ nağdsız üsuludur. Ödəniş etmək üçün yalnız mobil proqram tərəfindən yaradılan şəxsi QR kodunu göstərmək və ya satış məntəqəsində yerləşdirilən kodu skan etmək kifayətdir. Müəssisələr üçün bu ödəniş növü tacirlərin əldə etməsindən qat-qat daha əlverişlidir. Bundan əlavə, satış məntəqələrindən xidmətdən istifadə etmək üçün heç bir xüsusi avadanlıq tələb olunmur.

Dünyanın hər yerində artıq QR ödənişlər sürətlə yayılır. Belə sürətli və təhlükəsiz ödəniş müştərilərin diqqətini cəlb edir. Ödəmə və köçürmələrdə aşağı komissiya Rusiya vətəndaşlarını belə ödənişlərə təşviq edir. Statistik rəqəmlər də QR ödənişlərdə ciddi artışın olduğunu göstərir.

Ölkəmizdə də bu barədə yaxşı şərtlər təklif edilir. QR ödənişlər ölkəmizə təxminən iki ildir daxil olsa da, artıq bazar özünü formalaşdıra bilib. Payonix ilk QR ödəniş təklif edən platformadır. Daha sonra PashaPay-in m10 tətbiqi bazara ciddi giriş etdi. M10 vasitəsilə müxtəlif mağazalarda, supermarketlərdə QR ilə və gündəlik onlayn ödənişləri həyata keçirmək mümkündür.

Bütün dünyada hazırda QR ödənişlər ən rahat və etibarlı şəkildə alış-veriş təklif edir. Bu ödənişlər həm individual müştərilərə, həm də bizness müəssisələrinə geniş imkanlar yaratmaqdadır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər