TECNO CES sərgisində “Dünyanın TOP-10 brendi” siyahısında yer alıb - FOTO

TECNO CES sərgisində “Dünyanın TOP-10 brendi” siyahısında yer alıb - FOTO
Promo 5

ixbt.com-un verdiyi məlumata görə, yanvar ayının 5-də Las-Veqasda keçirilən CES 2023 sərgisində TECNO Qlobal Top Brendlər Mükafatı nominasiyasında “2022-2023-cü illərin ən yaxşı 10 qlobal smartfon brendi” siyahısında yer alıb.

Qlobal Top Brendlər Mükafatı istehlakçı elektronikası sahəsində illik təqdim olunan mükafat olub innovasiyalara və sənayenin inkişafına verdiyi töhfəyə görə qlobal brendləri mükafatlandırmaq məqsədi daşıyır. Mükafat TWICE və Beynəlxalq Data Korporasiyasının (IDC) dəstəyi ilə Asia Digital Group və European Digital Group tərəfindən həyata keçirilir.

TECNO CES sərgisində “Dünyanın TOP-10 brendi” siyahısında yer alıb - FOTO

CES qlobal texnoloji innovasiyaların bir araya gəldiyi məkan olaraq builki mükafatı həm də CES 2023-ə həsr edib, texnologiyaların dünyanın ən böyük problemlərini necə həll edəcəyi mövzusuna yönəlib. Mükafat qlobal brendləri innovativ ideyaları həyata keçirməyə və yeni yüksək texnologiyalı məhsullar ərsəyə gətirməyə həvəsləndirir. Sürətlə inkişaf edən rəqəmsal əsrdə şirkətlər yalnız yeni texnologiyaların inkişafına və yaradılmasına diqqət yetirərək qarşılarında qoyulan qlobal çağırışlara cavab verə bilərlər.

Bu il iştirakçı brendlər dörd meyar üzrə qiymətləndirilmişdir: sənaye daxilində populyarlıq, qlobal strategiya, beynəlxalq bazara təsir və innovativ məhsulların təqdim olunması.

TECNO CES sərgisində “Dünyanın TOP-10 brendi” siyahısında yer alıb - FOTO

Öz növbəsində, bu istiqamətdə TECNO texnoloji yenilik və müasir dizaynda bir çox standartları müəyyən edib. 2022-ci il brend üçün premium cihazların istehsalı sahəsində inanılmaz sıçrayış ili olub. Belə ki, şirkət, ən qabaqcıl həlləri tətbiq etdiyi bir neçə yeni məhsulu elektronika bazarında təqdim edib. Buna missal olaraq, dekabr ayında brendin təqdim etdiyi və indiyə qədər yalnız peşəkar kameralarda təmsil olunan irəli çəkilə bilən portret obyektivinə malik dünyanın ilk smartfonu olan Phantom X2 Pro flaqmanını qeyd etmək olar. Smartfon həm də ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış məhdud eko-versiya ilə də təmsil olunur. Bir başqa yenilik, TECNO Camon 19 Pro Mondrian Edition smartfonu isə günəş işığının təsiri altında korpusunun rəngini dəyişə bilir.

Qeyd edək, ki TECNO smartfonları artıq Azərbaycan bazarında da təqdim olunur. Bir birindən fərqli və göz oxşayan TECNO smartfonlarını elə indi Baku Electronics, Kontakt Home, İrşad Electronics, Soliton, Optimal, Maxi.az, Music Gallery, Wentto Electronics, World Telecom, ByTelecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər